Keniyada zəncirvari yol qəzası baş verib.
Modern.az "Al Jazeera"ya istinadən xəbər verir ki, yük maşını yoldan çıxaraq bir neçə avtomobilə çırpılıb.
Hadisə nəticəsində azı 48 nəfər həlak olub, 20-dən çox yaralı var, xəsarət alan şəxslər xəstəxanalara aparılıb.
Qəza nəticəsində 10-dan çox avtomobilə ciddi ziyan dəyib.