Modern.az

İspaniya baş naziri Zelenski ilə görüşdü

İspaniya baş naziri Zelenski ilə görüşdü

Dünya

1 İyul 2023, 16:59

Xəbər verdiyimiz kimi, İspaniya Baş naziri Pedro Sançez Kiyevdə səfərdədir.

 

Modern.az xəbər verir ki, Sançez Ukrayna parlamentində çıxış edib.

 

O bildirib ki, İspaniya kiçik və orta müəssisələrin maliyyələşdirilməsi, məktəblərin ekoloji cəhətdən təmiz enerji sistemləri ilə təmin edilməsi üçün Ukraynaya 55 milyon avro ayıracaq.

 

Sançez daha sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

 

Görüşdə Zelenski belə çətin zamanda bu cür səfərlərin vacibliyinə toxunub: "Biz sizə dostlarımız kimi güvənirik".

 

İspaniya Baş naziri bildirib ki, onun ölkəsi bu gündən etibarən Avropa İttifaqı Şurasına sədrlik edir və sədrliyə başladığı ilk gün o, Kiyevə səfər edərək vacib bir siqnal gödərmiş olur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV