Modern.az

Rusiyadakı vəziyyət ABŞ kəşfiyyatı üçün yeni imkanlar yaradır

Rusiyadakı vəziyyət ABŞ kəşfiyyatı üçün yeni imkanlar yaradır

Dünya

1 İyul 2023, 23:57

Rusiyadakı vəziyyət ABŞ kəşfiyyatı üçün yeni imkanlar yaradır.

 

Modern.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns deyib.

 

Onun sözlərinə görə, Mərkəzi Kəşfiyyat İdarəsi və ABŞ-ın digər Amerika kəşfiyyat orqanları hazırda bu istiqamətdə fəaliyyətlərini gücləndirirlər.

 

“Rusiya vətəndaşlarının Ukraynadakı hərbi əməliyyatlardan narazılığı gizli kəşfiyyat məlumatlarına əsaslanan MKİ üçün fürsət yaradır. Biz heç bir halda bu fürsətin yox olmasına imkan verməyəcəyik”, - Börns Böyük Britaniyada çıxışı zamanı bildirib.

 

O, həmçinin Moskvaya dost olan dövlətlərdə MKİ üçün potensial agentlərin axtarışına diqqət edilməli olduğunu vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zelenski tarix açıqladı - Müharibə dayandırılır? - Gündəm Masada