Modern.az

İsrail Fransadakı vəziyyətdən NARAHATDIR

İsrail Fransadakı vəziyyətdən NARAHATDIR

Dünya

2 İyul 2023, 18:31

İsrail hakimiyyəti Fransada son günlər iğtişaşlar zamanı özünü göstərən antisemit əhval-ruhiyyənin artmasından narahatdır.

 

Modern.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin həftəlik iclasında deyib.

 

“İsrail hökuməti Fransanı bürüyən antisemitizmin təzahürlərini və dalğalarını hədsiz narahatlıqla izləyir. Son günlərdə biz Fransada yəhudi hədəflərinə cinayətkar hücumların şahidi olduq. Biz bu hücumları qətiyyətlə pisləyirik”, - deyə o bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV