Modern.az

Sabiq prezident vəfat etdi 

Sabiq prezident vəfat etdi 

Dünya

2 İyul 2023, 19:39

Serbiyanın sabiq Prezidenti Milan Milutinoviç vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri İvitsa Daçiç məlumat yayıb.

 

Bildirilir ki, o, 81 yaşında dünyasını dəyişib.

 

"Serbiya Respublikasının sabiq Prezidenti Milan Milutinoviçə son salamlar”, - deyə nazir vurğulayıb.

 

Qeyd edək ki, Milutinoviç 1997-2002-ci illərdə Serbiyaya rəhbərlik edib.

 

1942-ci ildə anadan olan siyasətçi keçmiş Yuqoslaviyanın xarici işlər naziri olub. O, 1990-cı illərdə etnik albanlara qarşı hərbi cinayətlərdə şübhəli bilinib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV