Modern.az

Ukrayna ordusu Baxmutda irəliləyir - Nazir müavini

Ukrayna ordusu Baxmutda irəliləyir - Nazir müavini

Dünya

2 İyul 2023, 23:31

Ukrayna hərbçiləri müxtəlif istiqamətlərdə hücum əməliyyatları aparır.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.

 

O, Ukrayna Silahlı Qüvvələrinin Baxmut istiqamətində irəlilədiyini qeyd edib.

 

Nazir müavini Baxmutda vəziyyətin qeyri-sabit olaraq qaldığını vurğulayıb .

 

Anna Malyarın sözlərinə görə, Ukrayna silahlı qüvvələri Zaporojye istiqamətində hücum zamanı Rusiya ordusunun son dərəcə ciddi müqaviməti ilə üzləşir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!