Fransa polisi iyulun 3-nə keçən gecə iğtişaşlarda iştirak edən 157 nəfəri saxlayıb.
Modern.az xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iğtişaşlar nəticəsində üç polis əməkdaşı xəsarət alıb. Həmçinin polis məntəqəsi və jandarma kazarmaları hücuma məruz qalıb.
Bundan əlavə, gecə ərzində 297 avtomobil və 34 bina daxil olmaqla, 352 yanğın törədilib.
Xatırladaq ki, Fransada polisin bir yeniyetməni öldürməsi ilə əlaqədar davam edən iğtişaşlar səbəbindən ölkənin on şəhərdə komendant saatı elan olunub.