Ermənistan Fransadan hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı danışıqlar aparmaq niyyətindədir.
Modern.az xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqaviləsi” partiyasının deputatı Armen Xaçatryan bildirib.
O qeyd edib ki, müqavilələr imzalanacağı təqdirdə Ermənistan avadanlıqların pulunu ödəyəcək.
"Hava hücumundan müdafiə Ermənistanın ən zəif tərəflərindən biridir. Bizə yeni keyfiyyət lazımdır”, - deyə Xaçatryan əlavə edib.
Erməni deputat konkret hansı silahdan söz getdiyini açıqlamayıb.