Modern.az

Hatayda ZƏLZƏLƏ

Hatayda ZƏLZƏLƏ

Dünya

5 Oktyabr 2023, 09:08

Türkiyənin Hatay vilayətində yenidən zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi X səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, vilayətin Samandağ rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 4 ballıq maqnituda ilə qiymətləndirilib.

 

Ocağı yerin 10.8 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

 

Episentr Aralıq dənizində yerləşib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu