Modern.az

Səudiyyə şahzadəsindən sensasiyalı AÇIQLAMA: İsraili də, HƏMAS-ı da qınadı

Səudiyyə şahzadəsindən sensasiyalı AÇIQLAMA: İsraili də, HƏMAS-ı da qınadı

Dünya

21 Oktyabr 2023, 16:59

Səudiyyə şahzadəsi Turki əl-Feysəlin bu həftə Yaxın Şərqdəki mövcud zorakılıq vəziyyəti ilə bağlı çıxışı Səudiyyə kral ailəsinin yüksək səviyyəli üzvü üçün qeyri-adi dərəcədə səmimi olub.


“Etiraf etmək lazımdır ki, bu, Səudiyyə rəhbərliyinin mövcud vəziyyətlə bağlı nə düşündüyünün ən bariz göstəricisi oldu”.
 

Modern.az xəbər verir ki, BBC-nin xəbərində belə deyilir.
 

Səudiyyə çevrələrində böyük hörmətə malik olan şahzadə Turki HƏMAS-ın oktyabrın 7-də İsrailin cənubuna hücumundan və ardınca İsrailin Qəzzanı bombalamasından sonra mülki şəxslərin həlak olmasına görə hər iki tərəfi açıq şəkildə qınayıb. Onun sözlərinə görə, qəhrəmanlar yoxdur, yalnız qurbanlar var.


İsrailin hava hücumlarına ərəblərin qəzəbi o qədər böyükdür ki, Hyustondakı Rays Universitetində amerikalı auditoriya qarşısında çıxış edən şahzadə Turki indiki şəraitdə HƏMAS-ı tənqid edən nadir ərəb səsinə çevrilib.


Onun sözlərinə görə, HƏMAS qruplaşmasının hərəkətləri dinc əhaliyə zərər verməmək barədə İslamın göstərişlərinə ziddir.


Şahzadə Turki HƏMAS-ı qınamaqla yanaşı, İsraili "Qəzzada günahsız Fələstin vətəndaşlarını ayrı-seçkilik etmədən bombalamaqda" və "Qərbi Şəriyədə fələstinli uşaq, qadın və kişilərin ayrı-seçkilik etmədən həbs olunmasında" ittiham edib.


O deyib ki, “hərbi qüvvələr tərəfindən işğal edilmiş bütün xalqların işğala müqavimət göstərmək hüququ var”.


Şahzadə Turki həmçinin Qərb siyasətçilərini qınayıb ki, "israilliləri fələstinlilər öldürəndə göz yaşı tökürlər", lakin "israillilər fələstinliləri öldürəndə təəssüf belə etmirlər”.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!