Modern.az

Ərdoğan Qazaxıstana GEDİR

Ərdoğan Qazaxıstana GEDİR

Dünya

25 Oktyabr 2023, 17:38

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana səfər edəcək.

 

Modern.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Respublika Günü münasibətilə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə göndərdiyi teleqramda yazıb.

 

Ərdoğan Türk Dövlətləri Təşkilatının Qazaxıstanın paytaxtında keçiriləcək 10-cu sammitinə qatılacağını təsdiqləyib. O, noyabrın 3-də Astanada olacaq.

 

O, qazaxıstanlı həmkarını əlamətdar günlə əlaqədar olaraq təbrik edib.

 

Qeyd edək ki, 25 oktyabr 1990-cı ildə Qazaxıstan SSRİ tərkibində suverenliyini elan edib. Bu gün ölkədə Respublika Günü kimi qeyd olunur. Müstəqillik Günü isə Qazaxıstanın SSRİ tərkibindən çıxdığı 16 dekabr 1991-ci il tarixinin ildönümü günlərində keçirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!