Modern.az

Rusiya və Ukrayna gizli danışıqlar aparırmış

Rusiya və Ukrayna gizli danışıqlar aparırmış

Dünya

25 Oktyabr 2023, 18:21

Rusiya və Ukrayna gizli kanallar vasitəsilə bir sıra humanitar məsələlər barədə danışıqlar aparır.

 

Modern.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti yazıb.

 

Danışıqların gündəminə hərbi əsirlərin və ölən əsgərlərin cəsədlərinin mübadiləsi, Ukraynanın Qara dəniz limanlarından gəmilərin keçməsi və ukraynalı uşaqların geri qaytarılması kimi mövzular daxildir.

 

Nəşr danışıqlarda iştirak edən Ukrayna rəsmilərinə istinadən bildirir ki, iki ölkənin nümayəndələri arasında danışıqlar Ukrayna-Rusiya sərhədində, İstanbulda və ya telefonla baş tuta bilər.

 

Ukrayna Xarici Kəşfiyyat Xidmətində əsirlərin mübadiləsi məsələsi üzrə koordinasiya mərkəzinin rəhbəri Dmitri Usov nəşrə açıqlamasında hərbi əsirlərin mübadiləsi ilə bağlı danışıqların vasitəçilərsiz aparıldığını təsdiqləyib. Onun sözlərinə görə, Rusiya tərəfdən danışıqlar prosesində Rusiya Müdafiə Nazirliyi yanında koordinasiya mərkəzi, FSB, ayrı-ayrı rus siyasətçiləri, həmçinin "Vaqner" və Çeçen Axmat batalyonunun nümayəndələri iştirak edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!