ABŞ-da naməlum silahlı şəxs və ya şəxslər insanlara atəş açıb.
Modern.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Meyn ştatının Lyuston şəhərində baş verib.
CNN ilk öncə 16 nəfərin öldüyünü və ən azı 50 nəfərin yaralandığını bildirib. NBC kanalı isə polisə istinadən azı 22 nəfərin öldürüldüyünü, 60 nəfərin yaralandığını açıqlayıb.
Atışma səsləri Portlenddən 57 km şimalda yerləşən Lyustonun bir neçə bölgəsində qeydə alınıb. Cəmi 36 min nəfərin yaşadığı şəhərdə bara, boulinq meydançasına və mağazaya atış açılıb.
Mətbuat hücum edən şəxslərin bir və ya iki nəfər ola biləcəyini bildirib. “Sun Journal”ın məlumatına görə, onlardan birinin – 40 yaşlı Robert Kartın şəxsiyyəti müəyyən edilib.
Yerli hakimiyyət sakinləri evdə qalmağa çağırıb. CNN-in məlumatına görə, vəziyyət barədə ABŞ prezidenti Co Baydenə məlumat verilib.
Bayden Men ştatının qubernatoru Canet Mills, senatorlar Anqus Kinq və Susan Kollinslə telefon danışığı aparıb. O, Lyustonda atışma ilə bağlı federal yardım təklif edib.