Modern.az

Baş nazir NATO rəhbəri olmaq istəyir

Baş nazir NATO rəhbəri olmaq istəyir

Dünya

29 Oktyabr 2023, 00:55

Niderlandın Baş naziri Mark Rutte NATO-nun Baş katibi postunu tutmağa hazır olduğunu bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, Niderlandın “Den Haag FM” radiosuna açıqlamasında danışıb.

 

Rutte NATO-da ən yüksək vəzifənin onun üçün "çox maraqlı" olduğunu deyib.

 

O, NATO Baş katibi olmaq üçün kampaniya aparmağı planlaşdırmadığını, lakin təklif gələcəyi təqdirdə qəbul edəcəyini qeyd edib.

 

Xatırladaq ki, Yens Stoltenberq alyansa 2014-cü ildən rəhbərlik edir və onun səlahiyyət müddəti bu yaxınlarda dördüncü dəfə - gələn ilin oktyabr ayına qədər uzadılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə