Səudiyyə Ərəbistanının silahlı qüvvələri Husi döyüşçüləri ilə toqquşmalara görə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Modern.az xəbər verir ki, bu barədə mənbələr "Bloomberg"ə bildiriblər.
Toqquşmalar üsyançıların oktyabrın 19-da İsrailə qanadlı raketlər atmasından sonra başlayıb. Yəmənlə sərhəddə yerləşən Cizan əyalətində Husi qüvvələri ilə döyüşlərdə 4 Səudiyyə Ərəbistanı əsgəri ölüb. Bundan əlavə, Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri Husilərin atdığı raketi ələ keçirib.
Agentliyin məlumatına görə, Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman Vaşinqtonda Yəməndəki vəziyyəti və İsraillə HƏMAS arasında müharibənin nəticələrini müzakirə etməyi planlaşdırır.
Yəməndə hökumət qüvvələri ilə Husi tərəfdarları arasında qarşıdurma 2014-cü ildən davam edir. 2022-ci ilin aprelində tərəflər müvəqqəti barışıq əldə ediblər. Oktyabrın 2-də barışıq müddəti başa çatıb.