"Ermənistan mallarının Rusiyaya ixracına heç bir süni maneə yoxdur".
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan deyib.
"Kommersiya əməliyyatları adi qaydada həyata keçirilir. Konyak ixracı ilə bağlı problemlər aradan qaldırılıb. Rusiya ilə ticarət əlaqələri son dərəcə vacibdir", - o söyləyib.
"Ermənistan hökuməti onları inkişaf etdirməyə və eyni zamanda təchizat bazarlarını şaxələndirməyə davam edir", - nazir əlavə edib.