Modern.az

Rusiya onları "qara siyahı"ya saldı

Rusiya onları "qara siyahı"ya saldı

Dünya

3 Noyabr 2023, 23:43

Rusiya Ədliyyə Nazirliyi xarici agentlərin reyestrini yeniləyib.

 

Modern.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, jurnalistlər Dmitri Qubin, Andrey Soldatov, “Xodorkovski LIVE” verilişinin aparıcısı və “Dojd”un keçmiş müxbiri Dmitri Elovski, politoloq Mariya Sneqovaya, vəkil və keçmiş müstəntiq Kirill Kaçur "qara siyahı"ya salınıb.

 

Onlar xarici agentlərin materiallarını yaymaqda ittiaham edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda daha bir məktəbə HÜCUM - Mühafizəçi xəstəxanalıq oldu