Modern.az

Rusiyada 5 bal gücündə ZƏLZƏLƏ

Rusiyada 5 bal gücündə ZƏLZƏLƏ

Dünya

4 Noyabr 2023, 08:00

Rusiyada Saxalin vilayətinin Şimali Kuril adaları yaxınlığında Sakit okeanda şənbə günü 5 bal gücündə zəlzələ baş verib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin filialından bildiriblər.

 

"Noyabrın 4-də Saxalin vaxtı ilə saat 05:32-də 5 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 80 km cənub-şərqdə yerləşib, ocağı 53 km dərinlikdə olub", - deyə qeyd olunub.

 

Sunami xəbərdarlığı elan edilməyib, heç kim xəsarət almayıb və dağıntı olmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək