Modern.az

Mirzoyan alman həmkarı ilə görüşündən yazdı - FOTOLAR

Mirzoyan alman həmkarı ilə görüşündən yazdı - FOTOLAR

Dünya

4 Noyabr 2023, 11:56

"İkitərəfli əlaqələrin genişlədilməsi, Ermənistanın demokratiya yolu və regional vəziyyət mövzularında yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsi üçün Almaniyanın xarici işlər naziri Annalena Berboku Ermənistanda qarşılamaqdan məmnunluq duyuram".

 

Modern.az xəbər verir ki, bunu Ermənistanın XİN başçısı Ararat Mirzoyan X-də yazıb.

 

"Çətinliklər var. Region ölkələrinin və beynəlxalq tərəfdaşların yaxşı bilinən prinsiplərə sadiq qalması halında çözümlər tapıla bilər", - o əlavə edib.

 

Qeyd edək ki, Almaniya XİN başçısı Annalena Berbok regionda səfərdədir. O, Ermənistana gedib, daha sonra Azərbaycanda danışıqlar aparacaq.

 

Sizə yeni x var
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək