Modern.az

Ukrayna Təhlükəsizlik Xidməti Kirilli həbs etmək istəyir - İSTİNTAQ

Ukrayna Təhlükəsizlik Xidməti Kirilli həbs etmək istəyir - İSTİNTAQ

Dünya

4 Noyabr 2023, 12:42

Rus Pravoslav Kilsəsinin Patriarxı Kirill Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən ölkənin ərazi bütövlüyünə qəsd etməkdə şübhəli bilinir.

 

Modern.az xəbər verir ki, bu barədə Xidmət məlumat yayıb.

 

Bildirilib ki, Baş Prokurorluqla birlikdə Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünə töhfə verən Rus Pravoslav Kilsəsinin rəhbərinə qarşı sübutlar toplayıblar. İstintaqın fikrincə, Kirill Rusiyanın ali hərbi-siyasi rəhbərliyinin yaxın çevrəsinin bir hissəsidir və Ukraynaya genişmiqyaslı işğalı açıq şəkildə dəstəkləyən ilk şəxslərdən biridir. Qeyd edilib ki, Kirill həm də Rusiya hakimiyyətinin mövqeyini təbliğ edir.

 

Məlumata görə, 2022-ci ilin martında Rus Pravoslav Kilsəsinin Patriarxı Rusiya Qvardiyasının rəhbəri Viktor Zolotova Ukraynaya qarşı müharibəyə görə xeyir-dua verib. 2023-cü ilin fevral ayının sonunda videoların birində o, Şərqi Ukraynanın işğalına haqq qazandırıb.

 

Kirill Ukraynanın ərazi bütövlüyünə qəsd etməkdə, haqq qazandırmaqda, qanuni tanımaqda, Rusiya Federasiyasının Ukraynaya qarşı silahlı təcavüzünü inkar etməkdə, aqressiv müharibəni planlaşdırmaqda, hazırlamaqda, işə salmaqda və aparmaqda ittiham olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək