Modern.az

Putinlə təkrar-təkrar danışmaq lazımdır - Kansler

Putinlə təkrar-təkrar danışmaq lazımdır - Kansler

Dünya

13 Noyabr 2023, 00:39

Rusiya prezidenti Vladimir Putinlə təkrar-təkrar dialoq aparmaq lazımdır.

 

Modern.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bildirib.

 

Onun fikrincə, Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqlara başlamaq üçün öz qoşunlarını Ukrayna ərazisindən çıxarmalıdır.

 

“İndi bu vəziyyətdə, onunla təkrar-təkrar danışmaq lazımdır, mən bunu keçmişdə etmişəm və gələcəkdə yenidən edəcəyəm. Amma Ukrayna ilə Rusiya arasında danışıqlar Rusiya tərəfdən qəti addım tələb edir - bu, qoşunların çıxarılması deməkdir. Bu, onun (Vladimir Putinin - red.) hələ də hazır olmadığı bir şeydir ”, - deyə Şolts qeyd edib.

 

Almaniya kansleri ilə Rusiya prezidenti arasında sonuncu danışıqlar 2022-ci ilin dekabrında telefonla baş tutub. Almaniyanın təşəbbüsü ilə baş tutub və bir saata yaxın davam edib. Tərəflər Rusiya və Ukrayna arasında hərbi münaqişə və onun nəticələrini müzakirə ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək