Modern.az

Rusiya vətəndaşları Qəzzadan təxliyə olundu

Rusiya vətəndaşları Qəzzadan təxliyə olundu

Dünya

13 Noyabr 2023, 08:00

Qəzza zolağından təxliyə edilmiş 70 rusiyalıdan ibarət ilk qrup Rusiya Fövqəladə Hallar Nazirliyinin Qahirədəki operativ qərargahına gətirilib.

 

Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 

Bildirilib ki, təxliyyə olunanları Qahirədə Fövqəladə Hallar Nazirliyinin nümayəndələri qarşılayıblar.

 

Fövqəladə Hallar Nazirliyinin rəsmisi Martınov təxliyyə edilmiş vətəndaşların bir qrupunun noyabrın 13-də səhər saatlarında Moskvaya yola düşəcəyini açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək