Modern.az

Prezident baş naziri istefaya GÖNDƏRDİ

Prezident baş naziri istefaya GÖNDƏRDİ

Dünya

13 Noyabr 2023, 09:02

Əlcəzair prezidenti Abdelmadjid Tebbune baş nazir Aymen Benabderahmneni istefaya göndərib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, prezident özünün Aparat rəhbərini müvəqqəti olaraq hökumət başçısı təyin edib.

Qeyd edək ki, Əlcəzairin inflyasiya ilə mübarizə apardığı və gələn il milli seçkilərə yaxınlaşdığı bir vaxtda baş nazirin işdən çıxarılması vəziyyəti bir az da qəlizləşdirib.

Aymen Benabderahmne iki ildən çox idi baş nazir vəzifəsində çalışırdı. Onu əvəz edən 73 yaşlı vəkil Mohamed Labaoui mart ayından prezidentin kabinetinə rəhbərlik edirdi.

Baş nazir dəyişikliyi çətin iqtisadi dövrdə və prezident seçkiləri ərəfəsində baş verir. 2024-cü ilin dekabrında 78 yaşlı prezident Tebbun seçicilərdən ona Afrikanın coğrafiyasına görə ən böyük dövlətinin, Sahara səhrasının geniş əraziləri də daxil olmaqla, təxminən 2,4 milyon kvadrat kilometr sahəyə malik 44 milyon əhalisi olan bir ölkənin rəhbərliyinin daha bir müddət ona vermələrini xahiş edəcək..

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək