Türkiyənin Burdur vilayətində yenidən zəlzələ qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi X səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Yeşilova rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 4.4 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 13.2 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.