Qərb tərəfdaşları ABŞ-dakı poliqonda artıq uyğunlaşdırılmış hava hücumundan müdafiə sistemlərinin tətbiqindən yaxşı nəticələr elan ediblər.
Modern.az "Unian"a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat deyib.
İqnat qeyd edib ki, Buk-M1 və S-300 zenit-raket kompleksləri üçün raketlərin istehsalı yalnız Rusiyadadır, ona görə də Ukrayna “Soveti Amerika ilə keçmək” yollarını axtarmalıdır.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.