ABŞ prezidenti Co Bayden və Çin sədir Si Cinpinin San-Fransiskoda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti zamanı görüş yeri açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə “South China Morning Post” mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, liderlər məşhur komediyanın çəkildiyi malikanədə görüşəcəklər.
Nəşr yazıb ki, Devid Finçerin “Oyun” trilleri və Uorren Bitti və Bak Henrinin “Cənnət gözləyə bilər” komediya dramının çəkilişləri də Filoli iqamətgahında baş tutub.