Modern.az

ABŞ və Avropa Ermənistan üçün plan HAZIRLAYIR

ABŞ və Avropa Ermənistan üçün plan HAZIRLAYIR

Dünya

15 Noyabr 2023, 22:31

ABŞ və Avropa İttifaqı Ermənistanı Transatlantik birliyə yaxınlaşdırmaq planı üzərində işləyir.

 

Modern.az xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasında Qarabağa həsr olunmuş dinləmələr zamanı ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen deyib.

 

“Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen açıq şəkildə bəyan edib ki, o, Ermənistanı birliyimizə yaxınlaşdırmaq məqsədi ilə ABŞ və Ermənistanla görüş keçirmək niyyətindədir. Mən bunu bir neçə gün əvvəl baş nazirlə (Paşinyan-red.) müzakirə etmişəm və biz indi onun modelini hazırlamağa çalışırıq”, - amerikalı diplomat bildirib.

 

O vurğulayıb ki, Aİ-nin ticarət üstünlükləri, iqtisadi əməkdaşlıq və vahid bazara çıxış baxımından edə biləcəyi təklif vacibdir: "Biz bu işdə kömək edə bilərik”.

 

Diplomat Fransanın bu sahədə “əhəmiyyətli” yardımını xatırladıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək