Modern.az

Bakıda Azərbaycan-Laos Biznes Forumu keçirilir

Bakıda Azərbaycan-Laos Biznes Forumu keçirilir

Ölkə

14 Oktyabr 2026, 10:49

Bakıda Azərbaycan-Laos Biznes Forumu keçirilir.

Modern.az Trend-ə istinadən xəbər verir ki, forumda Azərbaycanın və Laosun dövlət qurumlarının, eləcə də biznes dairələrinin nümayəndələri iştirak edirlər.

Tədbir çərçivəsində iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişafı, investisiya imkanları və biznes əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunur.

Forumda Azərbaycanın iqtisadiyyat nazirinin müavini Anar Axundov, Laosun sənaye və ticarət nazirinin müavini Manothong Vongsay, eləcə də hər iki ölkənin biznes qurumlarının nümayəndələrinin çıxışı nəzərdə tutulur.

Tədbir zamanı Azərbaycan və Laosun investisiya imkanlarına dair təqdimatlar keçirilir, həmçinin işgüzar əlaqələrin qurulması və yeni əməkdaşlıq imkanlarının müzakirəsi üçün görüşlər təşkil olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Naxçıvanla bağlı gözlənilməz addım: Helikopterin vurulması