Modern.az

Blinken yenidən İsrailə GEDİR

Blinken yenidən İsrailə GEDİR

Dünya

22 Noyabr 2023, 08:00

ABŞ dövlət katibi Antoni Blinken Qəzza zolağındakı vəziyyətlə bağlı İsrail və Fələstin rəsmiləri ilə məsləhətləşmələr aparmaq üçün gələn həftənin əvvəlində İsrailə səfər etməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, səfər Qətərin vasitəçiliyi ilə İsrail və HƏMAS arasında girovların azad edilməsinə dair razılaşmaların həyata keçirilməsi fonunda baş tuta bilər.

 

Bu, dövlət katibinin Fələstin-İsrail münaqişəsinin gərginləşməsi başlayandan bəri İsrailə dördüncü səfəri olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!