Modern.az

Azad edilən ermənilər arasında Maral Nacaryanın yaxını da var

Azad edilən ermənilər arasında Maral Nacaryanın yaxını da var

Dünya

7 Dekabr 2023, 23:50

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

 

Modern.az bildirir ki, Azərbaycanın azad edəcəyi erməni hərbçilər arasında Viken Eulcekcian da var.

 

O, Şuşada əsir götürülən Livan vətəndaşı Maral Nacaryanın yaxını idi. Nacaryan snayper kimi müharibə dövründə Azərbaycana qarşı vuruşmaq üçün Qarabağa gəlmişdi. 

 

Onlar Azərbaycan ərazisinə qanunsuz daxil olmuş və ölkəmizin qanunvericiliyini pozan digər hərəkətlərə yol vermişdilər. Hər iki şəxs Azərbaycana qarşı müharibədə Ermənistan tərəfindən iştirak etmişdi.

 

Saxlanıldan sonra Viken Eulcekcian 20 il müddətinə azadlıqdan məhrum edilib. Maral Nacaryan isə Azərbaycan tərəfinin nümayiş etdirdiyi humanizm nəticəsində 2021-ci ilin martında azadlığa buraxılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!