Almaniyada rekord sayda insan kansler Olaf Şolzun işindən narazıdır ki bu da 1997-ci ildən bəri ən pis reytinqdir.
Modern.az xəbər verir ki, indiki kanslerin reytinqi ARD-DeutschlandTrend-in sorğusunun nəticələri əsasında müəyyən edilib.
Respondentlərin cəmi 17%-i hökumətin işindən razıdır, 82%-i isə kifayət qədər narazıdır və ya heç qane etmir.
Hakimiyyətdən bu qədər narazılıq sonuncu dəfə 13 ildən çox əvvəl qeydə alınıb.
Respondentlərin yalnız 20%-i Şolzun federal kansler kimi fəaliyyətindən razıdır.
Bunlar 1997-ci ildən bəri kansler üçün ən aşağı rəqəmlərdir.
Respondentlərin 23%-i Olaf Şolzun ölkə üçün yaxşı böhran meneceri olduğuna inanır, 71%-i isə əks fikirdədir.
Təkcə kanslerin özü deyil, nazirlərin əksəriyyəti də tənqid olunub.
Respondentlər yalnız müdafiə naziri Boris Pistorius (52%) haqqında müsbət fikir bildiriblər. Xarici işlər naziri Annalena Berbocki 38%, onun partiyadaşı olan həmkarı - iqtisadiyyat naziri Robert Qabek 30%, digər nazirlər isə daha az bal toplayıb.
Büdcə böhranı ilə bağlı respondentlərin 47%-i hesab edir ki, hökumət xərcləri və investisiyaları azaltmaqla cavab verməli, yeni fövqəladə vəziyyət elan etməklə “borc əyləcinə” son qoymalıdır. Yalnız 8% vergi və ödənişlərin artırılmasını dəstəkləyib.