Finlandiya neonasist DŞRQ “Rusiç”in liderini Ukraynaya ekstradisiya etməkdən imtina edib.
Modern.az Finlandiyanın “Helsingin Sanomat” nəşrinə istinadən xəbər verir ki, Finlandiyanın Ali Məhkəməsi “Rusiç” adlanan hava hücumu kəşfiyyat qrupunun rəhbərlərindən biri, rusiyalı Yan Petrovskini (Vojislav Torden) Ukraynaya ekstradisiya etməkdən imtina edib.
Qəzetin yazdığına görə, məhkəmə həbs üçün heç bir əsas tapmayıb və Ukraynada 2014-2015-ci illərdə Donetsk və Luqansk vilayətlərində hərbi cinayətlərdə şübhəli bilinən Petrovskini dərhal azad etmək qərarına gəlib. Yan Petrovskinin Kiyevin tələbi ilə Finlandiyada həbsi avqustun sonunda məlum olub. Petrovski DŞRQ "Rusiç" komandirlərindən biri kimi Aİ və ABŞ sanksiyaları altındadır.
DŞRQ "Rusiç" 2014-cü ildən Donbassda rusiyayönlü qüvvələrin tərəfində döyüşən könüllü birləşmələrdən biridir. Qrup ultrasağ fikirlərini açıq şəkildə bəyan edir. Kiyev "Rusiç"i hərbi cinayətlərdə ittiham edir.