Modern.az

Kiyev metrosunun fəaliyyəti məhdudlaşır - Səbəb sığınacaqdır...

Kiyev metrosunun fəaliyyəti məhdudlaşır - Səbəb sığınacaqdır...

Dünya

8 Dekabr 2023, 13:42

Ukraynanın paytaxtı Kiyevdə metronun "Demeevskaya" və "Teremki" stansiyaları arasında hərəkət 6 ay müddətinə dayandırılacaq.

 

Modern.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə qərar bu gün Kiyev Şəhər Dövlət Administrasiyasının texnogen-ekoloji təhlükəsizlik və fövqəladə hallar üzrə daimi komissiyası tərəfindən qəbul edilib.

 

Bu, tunel konstruksiyalarının dayanıqlığının itirilməsi təhlükəsi ilə əlaqədar təcili təmirə ehtiyac olması ilə bağlıdır. Belə ki, dekabrın 9-dan etibarən “Demeevskaya”, “Qoloseevskaya”, “Vasilkovskaya”, “Sərgi mərkəzi”, “İppodrom”, “Teremki” metro stansiyaları gecə-gündüz sığınacaq rejimində fəaliyyətini davam etdirəcək və bu hissədə qatarların hərəkəti tam dayandırılacaq.

 

Sərnişinlərin daşınması üçün dublikat yerüstü nəqliyyat marşrutları təmin ediləcək.

 

Kiyev Metropoliten Müəssisəsi qeyd edib ki, bu müddət ərzində mütəxəssislər fövqəladə vəziyyətin səbəblərini müəyyən etmək və onların aradan qaldırılması üçün sorğu və tədqiqatlar aparmağı planlaşdırırlar.

Sizə yeni x var
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!