Modern.az

Vətəndaşlar Putindən namizəd olmasını xahiş edirlər - Kreml

Vətəndaşlar Putindən namizəd olmasını xahiş edirlər - Kreml

Dünya

8 Dekabr 2023, 13:54

"Putin prezident seçkilərində iştirakla bağlı qərarını lazım bildiyi zaman elan edəcək".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

"Müxtəlif yaşda olan insanlar birbaşa xəttə sualları ilə Putinə müraciət edirlər. İnsanlarla birbaşa ünsiyyət Putin üçün daimi diqqət mərkəzindədi. Bir çox insanlar birbaşa xəttə gələn məsələlərlə bağlı Putindən yenidən prezidentliyə namizəd olmasını xahiş edir. Birləşmiş birbaşa xətt və mətbuat konfransı üçün Putinə edilən müraciətlərin sayı 600 mini keçib, bəziləri ilə artıq tanış olub.

 

ABŞ-ın Rusiya Federasiyasını Ukrayna ilə bağlı Kiyev üçün əlverişli şərtlərlə danışıqlara cəlb etmək planı tamamilə qeyri-realdır. Ukrayna başa düşməlidir ki, ABŞ öz vətəndaşlarının həyatı bahasına milyardlarla dollar qazanır. Qərb ölkələrinin liderləri öz parlamentlərini Ukraynaya pul ayırmağa səs verməyə inandırmaq üçün hiylələrə əl atırlar.

 

Danışıqlar zamanı Putin və İran prezidenti Fələstin-İsrail münaqişəsini və çoxşaxəli ikitərəfli tərəfdaşlığı müzakirə ediblər. Putinlə İran prezidenti arasında danışıqlar çox sıx keçdi. Putin İran prezidenti ilə OPEC+ mövzusunu və bu formatda qəbul edilən qərarları müzakirə edib", - sözçü belə söyləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!