"Ermənistan vətəndaşlarına silaha sahib olmaq imkanı verilməlidir".
Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan qanunverici orqanın iclasında deyib.
O əlavə edib ki, dövlətin vəzifəsi riskləri idarə etməkdir. Parlamentarinin sözlərinə görə, hakimiyyət əmin olmalıdır ki, silah sahibi silahla işləmək üçün bütün bacarıqları bilir və buna psixoloji hazırdır.
O, investorları Ermənistanda mülki atıcılıq tirləri və poliqonları açmağa çağırıb ki, bu da insanlara atıcılıq bacarıqlarını təkmilləşdirməyə kömək edəcək.