Modern.az

Putin namizədlik qərarını dünya liderləri ilə razılaşdırıb? - Peskov açıqladı

Putin namizədlik qərarını dünya liderləri ilə razılaşdırıb? - Peskov açıqladı

Dünya

8 Dekabr 2023, 15:36

Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin 17 mart 2024-cü ilə təyin olunmuş seçkilərdə yenidən namizəd olacağını elan edib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov qərarın xarici liderlərlə müzakirə edilib-edilmədiyini aydınlaşdırıb.

 

Peskov deyib ki, Putin 2024-cü ildə keçiriləcək seçkilərdə iştirak etmək niyyətini xarici liderlərlə müzakirə etməyib.

 

Qeyd edək ki, seçkilərin tarixi dünən açıqlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!