Modern.az

ABŞ atəşkəs qətnaməsinə veto qoydu

ABŞ atəşkəs qətnaməsinə veto qoydu

Dünya

9 Dekabr 2023, 08:18

ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzzada atəşkəsə çağıran qətnaməsinə veto qoyub.

 

Modern.az xəbər verir ki, qətnamə BƏƏ tərəfindən hazırlanıb.

 

Təhlükəsizlik Şurasına üzv olan 15 ölkədən 13-ü sənədin lehinə səs verib. Böyük Britaniya səsvermədə bitərəf qalıb.

 

Şurada veto hüququna malik olan Birləşmiş Ştatlar hələ iclas başlamazdan əvvəl sənədi dəstəkləmək niyyətində olmadığını bildirib.

 

ABŞ-nin BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud qətnamənin bloklanması qərarını onunla izah edib ki, sənəd HƏMAS hərəkatının hərəkətlərini pisləmir və İsrailin özünümüdafiə hüququnu əks etdirmir.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...