Modern.az

Gürcüstanda siyasi partiyaların maliyyələşməsi ilə bağlı unikal TƏKLİF

Gürcüstanda siyasi partiyaların maliyyələşməsi ilə bağlı unikal TƏKLİF

Dünya

11 Dekabr 2023, 11:27

Gürcüstanda müxalif “Girçi” Partiyası ölkədə siyasi partiyaların maliyyələşdirilməsi qaydalarına dəyişiklik etməyi təklif edir.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, mövcud qanunvericiliyə görə, partiya son parlament seçkilərində ilk 50 min səs daxilində aldığı hər səsə görə hər il dövlət büdcəsindən 15 lari (5.6 dollar), sonrakı hər səsə görə isə 5 lari alır.

 

"Girçi"nin təşəbbüsünə görə, 5 faizlik seçki baryerini aşan partiyalar üçün bu qayda dəyişməyəcək, lakin baryeri aşa bilməsələr, maliyyə almayacaqlar.

 

Əgər bir neçə partiya birləşərək baryeri keçərsə, o zaman onlara ilk 50 min səs üçün 15 lari verməmək, hər səsə görə cəmi 5 lari qalmaq təklif olunur.

Sizə yeni x var
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!