Bazar ertəsi türk lirəsinin dollara qarşı məzənnəsi tarixdə ilk dəfə 1 dollar üçün 29 lirəni keçib.
Modern.az xəbər verir ki, bunu TradingView terminalında ticarət məlumatları sübut edir.
Bazar ertəsi 1 dollar 29,12 lirəyə satılıb. Beləliklə, il ərzində Türkiyənin milli valyutası 35% ucuzlaşıb.
“Reuters”in qeyd etdiyi kimi, lirənin kəskin ucuzlaşması Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsindən sonra valyuta nəzarətinin yumşaldılması fonunda baş verib.
Noyabrın sonunda Türkiyə hakimiyyəti ölkədə illik inflyasiyanı demək olar ki, yarıya endirmək niyyətində olduqlarını açıalyıb. Hökumət vəd edib ki, 2024-cü ildə inflyuasiya hazırkı 65%-dən 34%-ə düşəcək.
Ölkədə inflyasiya 2021-ci ilin iyun ayındaki minimum dəyərlərdən bu ilin sentyabrına qədər 60%-ə yüksəlib. 2024-cü ildə hədəfə çatdıqdan sonra maliyyə orqanları sabit inflyasiya dəyərləri yaratmağı hədəfləyir. Mərkəzi Bankın proqnozunda inflyasiyanın 2024-cü ildə 33%-ə, 2025-ci ildə isə 15%-ə enməsi nəzərdə tutulur.