Modern.az

Priqojin "Google" axtarışları üzrə 3-cü yerə çıxdı

Priqojin

Dünya

11 Dekabr 2023, 17:36

2023-cü il üçün Ukraynada ən populyar "Google" sorğuları siyahısında 3-cü yeri "Vaqner" muzdlularının müəmmalı təyyarə qəzasında ölən keçmiş sahibi Yevgeni Priqojin tutub.

 

Modern.az "Meuduza"ya istinadən xəbər verir ki, axtarış sisteminin hesabatından belə görünür.

 

Məlum olub ki, Ukraynada ən populyar sorğu “Hava hücumu xəritəsi” olub. İkinci yerdə “İşıqların söndürülməsi cədvəli” sorğusu, üçüncü yerdə isə “Priqojin”dir.

 

İl ərzində marağın ən çox artdığı insanların reytinqində birinci yeri Ukraynanın müdafiə naziri Rustem Umerov tutub. “İlin alışı” kateqoriyasında ukraynalılar ən çox kalium yodidi haradan alacaqlarını axtarıblar. Bu dərman nüvə fəlakəti zamanı qalxanabənzər vəzi qorumaq üçün qəbul edilir.

 

Dünyada ən çox axtarılan suallar siyahısında birinci yerdə 7 oktyabrda başlayan Fələstin-İsrail müharibəsi olub.

 

"Google" Rusiya üçün sorğular barədə məlumat təqdim etməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!