Modern.az

Rusiya diplomatlarının hərəkəti məhdudlaşdırılsın - Çex nazir

Rusiya diplomatlarının hərəkəti məhdudlaşdırılsın - Çex nazir

Dünya

11 Dekabr 2023, 17:52

Çexiyanın xarici işlər naziri Yan Lipavski Rusiya diplomatlarının Aİ ölkələrində hərəkətinin məhdudlaşdırılması təklifi ilə çıxış edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Kommersant" yazıb.

 

Nazirin sözlərinə görə, bu məsələyə 12-ci sanksiyalar paketinin müzakirəsindən kənarda baxılır.

 

"Biz sadəcə olaraq bu barədə danışırıq və Avropa ölkələrinin bunu etməsini istəyirik. Hesab edirəm ki, bu, təhlükəsizlik baxımından vacibdir", - XİN başçısı deyib.

 

O, Şengen zonası daxilində səyahət məhdudiyyətlərinin diplomatlara və onların ailə üzvlərinə təsir etməli olduğuna aydınlıq gətirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...