Ermənistan OPEK-dən 50 milyon avro kredit alacaq .
Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bunu ölkənin maliyyə nazirinin müavini Eduard Akopyan açıqlayıb.
"Bu, ətraf mühitin yaxşılaşdırılması üçün lazımdır", - deyə Akopyan bildirib.
"Kreditin qaytarılma müddəti 20 ildir, lakin əsas borcun ödənilməsi 2028-ci ildən hesablanacaq", - nazir müavini əlavə edib.