"Ermənistan Moldova və Ukraynanın Aİ ilə üzvlük danışıqlarını alqışlayır".
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı nazirlərinin görüşündə deyib.
O əlavə edib ki, İrəvanın da Avropa istəkləri var.
“Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmaqla qlobal hüquq sisteminin gücləndirilməsinə yardım edir. Ermənistan öz milli maraqlarına əsaslanan qərarlar qəbul etmək üçün suveren hüququnu təsdiqləyib”, - XİN rəhbəri bildirib.