Modern.az

Muharrem İncenin partiyası İmamoğlunu DƏSTƏKLƏYƏCƏK

Muharrem İncenin partiyası İmamoğlunu DƏSTƏKLƏYƏCƏK

Dünya

12 Dekabr 2023, 12:48

Türkiyədə keçmiş prezidentliyə namizəd Muharrem İncenin Cümhuriyyət Xalq Partiyasından (CHP) qopmuş Məmləkət Partiyası 31 mart 2024-cü ildə keçirilməsi nəzərdə tutulan yerli seçkilərdə İstanbul bələdiyyəsi üzrə CHP-nin namizədi Ekrem İmamoğlunu dəstəkləyəcək.

 

Modern.az "Halk TV"yə istinadən xəbər verir ki, bunu İmamoğlunun özü açıqlayıb.

 

O, İnce ilə görüşdüyünü və bu barədə razılıq əldə olduğunu deyib: "Çox net şəkildə İstanbulu müzakirə etdik. Ən güclü səviyyədə dəstək olacağını çatdırdı. Mən də çox məmnun olduğumu söylədim".

 

İmamoğlu əlavə edib ki, İnce ilə görüşünün detallarını və bu vacib xəbəri CHP sədri Özgür Özellə paylaşacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!