Gürcüstanın hakim partiyası olan "Gürcü Arzusu" bəyan edib ki, nümayəndələri “prezidentin tamaşasında” iştirak etməyəcəklər.
Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, iqtidar prezident Salome Zurabişvilinin "Səsimiz Avropayadır" petisiyasını belə adlandırıb.
Salome Zurabişvili dekabrın 13-də Gürcüstan hakimiyyətinin nümayəndələrini Orbeliani sarayına dəvət edib. Həmin gün o, Gürcüstana namizəd statusunun verilməsini dəstəkləyən Aİ ölkələrinin səfirlərinə petisiya imzalarını təqdim etmək niyyətindədir.
“Gürcü Arzusu” bəyan edib ki, Avropaya inteqrasiya üçün bütün kreditlər hakim partiya və hökumətə məxsusdur və Zurabişvili hakimiyyətin uğurlarına görə nufuz qazanmaq istəməkdə günahlandırılıb.
“Qətiyyətlə deyə bilərəm ki, Salome Zurabişvilinin baş rolda oynadığı “Mən bu xeyirxah işə görə tərif almaq istəyirəm” adlı fasiləsiz tamaşaya qətiyyən qatılmayacağıq”, - “Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze bildirib.
Qeyd edək ki, bundan əvvəl Tbilisi Dövlət Universitetinin rektoru tərəfindən prezidentin başlatdığı petisiyanı tələbələrin imzalamasına maneə törədilməsi ilə bağlı məlumat yayılmışdı.