“Gürcüstanda LGBT təbliğatı qəbuledilməzdir, lakin bu məsələ qanunla tənzimlənməyəcək”.
Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu hakim “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze deyib.
"Avropada aparılan araşdırmalar göstərir ki, LGBT-lərin sayı ildən-ilə köklü şəkildə artır. Aydın məsələdir ki, təbliğatın öz nəticəsi var. Biz bunu qanunla yox, bu mövzuda çox aydın mövqe tutan cəmiyyətlə birlikdə qarşı-qarşıya qoymalıyıq", - Kobaxidze belə deyib.
Qeyd edək ki, Gürcüstana Avropa İttifaqına namizəd statusu verilməsi nəzərdə tutulub.