Modern.az

Polşanın yeni baş naziri Ukraynaya dəstək kampaniyasına hazırlaşır

Polşanın yeni baş naziri Ukraynaya dəstək kampaniyasına hazırlaşır

Dünya

12 Dekabr 2023, 16:26

Polşanın yeni baş naziri Donald Tusk Ukraynaya dəstək kampaniyasına hazırlaşır.

 

Modern.az "Bild"ə istinadən xəbər verir ki, yaxın günlərdə rəsmi olaraq ölkənin hökumət başçısı olacaq Tusk Qərbi Ukraynaya daha çox dəstək verməyə inandırmaq istəyir.

 

Dünən Seymdə çıxış edən Tusk bildirib ki, bəzi qərbli siyasətçilərin Ukraynadakı vəziyyətdən yorulmaqdan şikayətləndiyini artıq eşidə bilmir: “Biz bu müharibədə Ukraynanı dəstəkləmək üçün azad Qərb dünyasının tam səfərbər olmasını yüksək səslə və qətiyyətlə tələb edəcəyik”.

 

Tusk əlavə edib ki, Aİ-nin Brüssel sammitində o, Polşanın müttəfiqlərini Ukraynanı daha intensiv dəstəkləməyə inandırmaq üçün yeni yollar tapmağa çalışacaq.

 

Rusiya işğalının əvvəlindən Polşa Ukraynanın əsas siyasi və hərbi tərəfdaşlarından biri olub. Lakin son vaxtlar Varşava və Kiyev arasında gərginlik yaranıb - bunda mühüm rolu son seçkilərə qədər Seymdə yerlərin əksəriyyətini tutan mühafizəkar Hüquq və Ədalət partiyasının siyasəti oynayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!