Modern.az

Nazarbayev uzun müddətdən sonra ictimaiyyət arasına çıxdı

Nazarbayev uzun müddətdən sonra ictimaiyyət arasına çıxdı

Dünya

12 Dekabr 2023, 17:10

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev uzun müddətdən sonra ictimaiyyət arasında görünüb.

 

Modern.az "Zakon.kz"a istinadən xəbər verir ki, “Astana Klubu”nun yeddinci iclasında iştirak edib.

 

Görüş zamanı Nazarbayev yeni geosiyasi reallığın formalaşmasının əsas səbəblərini, o cümlədən beynəlxalq münasibətlərdə güc qarşıdurmasının artması, sanksiyaların məhdudlaşdırılması fonunda dünyanın iqtisadi arxitekturasında multiböhran, iqlim dəyişikliyi və zəifləməni qeyd edib.

 

O, nüvə təhlükəsini azaltmaq üçün əməkdaşlığın vacibliyini vurğulayıb.

 

Qeyd edək ki, bu yaxınlarda Nazarbayev yazdığı memuarla gündəmə gəlmişdi.

Bu xəbər ilə bağlı
Nazarbayevdən ETİRAF: O, ikinci evliliyini ilk xanımına necə izah edib? - FOTO
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!