Modern.az

Berbok 3 ayda dördüncü dəfə İsrailə gedir

Berbok 3 ayda dördüncü dəfə İsrailə gedir

Dünya

5 Yanvar 2024, 18:28

Almaniyanın xarici işlər naziri Annalena Berbok İsrailə səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Səfər yanvarın 6-da baş tutacaq. O, İsraildə həmkarı İsrael Katz, Prezident İsaak Herzoqla görüşlər keçirəcək.

 

Daha sonra Berbok Fələstin Prezidenti Mahmud Abbas və Fələstinin xarici işlər naziri Riyad əl-Maliki ilə də görüşlər keçirəcək. Nazirin Misir və Livana da səfəri planlaşdırılır.

 

Qeyd edək ki, bu, oktyabrın 7-dən bəri Almaniya xarici işlər nazirinin İsrailə dördüncü səfəri olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!