Modern.az

Pakistan döyüş təyyarələri husiləri vurub

Pakistan döyüş təyyarələri husiləri vurub

Dünya

Bu gün, 11:57

Pakistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin Yəməndə husilərə qarşı həyata keçirilən hava əməliyyatlarında iştirak etdiyi iddia edilir.

Modern.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti adının açıqlanmasını istəməyən yüksək rütbəli pakistanlı hərbi rəsmilərə istinadən məlumat yayıb.

Məlumata görə, Pakistanın hərbi dəstəyinin birbaşa quru əməliyyatlarından daha çox hava dəstəyinə yönəldiyi bildirilir. İddialara əsasən, məqsəd husilərin pilotsuz uçuş aparatları və raketlərindən qaynaqlanan təhlükələri zərərsizləşdirməkdir.

Lakin əməliyyatlarda neçə döyüş təyyarəsinin iştirak etdiyi, hansı hədəflərin vurulduğu və hücumların nə vaxt həyata keçirildiyi barədə konkret məlumat verilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər